RU
17:55
1058

"Özünə güvənən varsa, meydana gəlsin"

Dünyanın heç bir yerində terrorçunun yas mərasiminə millət vəkili getməz, yaxud terroru heç bir siyasi təşkilat müdafiə etməz.
7news.Az report-a istinadən bildirir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Türkiyə Sahibkarları və Sənətkarları Konfederasiyasındakı çıxışı zamanı deyib.

O deyib ki, ölkədəki indiki vəziyyətdə terrorçunu dəstəkləyib, onların yas mərasiminə gedənlər varsa, cavab verməli olacaqlar.

Hökumət başçısı terrorçuların Türkiyəyə qarşı çıxışlarını da cavabsız buraxmayıb: "Madam ki, meydan oxudunuz, mən də deyirəm ki, özünə güvənən varsa, meydana gəlsin".

O, terrorçuları dəstəkləyən deputatların toxunulmazlığının qaldırılması ilə bağlı layihələrin ölkə parlamentinə təqdim edildiyini də vurğulayıb.
Əhməd Davudoğlu Novruzda ölkədə Türkiyə əleyhinə aksiyalar keçirilməsini dayandırması üçün terrorçu PKK tərəfdarlarına bu gün axşamadək möhlət verib.
Qeyd edək ki, martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində 35 nəfərin ölümü, 122 nəfərin yaralanması ilə nəticələnən terroru törədənlərə yas mərasimi təşkil edilib. Türkiyədə təşkil edilən həmin yas mərasiminə Xalqların Demokrat Partiyasının üzvləri və bu siyasi təşkilatdan olan deputatlar da qatılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ