Özünü Ancelina Coliyə oxşatmaq üçün 50-dən çox əməliyyat keçirən iranlı qız da koronavirusa yoluxub.
7News.Az bildirir ki, bu barədə məlumatı Nyu-York Post nəşri yayıb.
İnsan hüquqları təşkilatından verilən məlumata görə, "Zombi Ancelina Coli" adı ilə tanınan iranlı İnstaqram ulduzu həbsxanadaykən koronavirusa yoluxub. Əsl adı Fatemeh Khishvand olan Səhər Təbər hazırda mexaniki ventilyator qurğusu vasitəsi ilə nəfəs alır.
Center for Human Rights in Iran-ın məlumatına görə, koronavirus yayıldığı ərəfələrdə onun həbsxanadan azad edilməsi barədə dəfələrlə müraciət olunsa da, təklif rədd edilib.
Qeyd edək ki, Səhər Təbər ötən ilin oktyabr ayında həbs olunub.

7News.Az








