Bakıda 35 yaşlı kişi intihara cəhd edib.
Hadisə Sabunçu rayonu, Şəhər şossesində bir neçə gün öncə baş verib.
Ərazidəki yeni tikilidə yaşayan 1981-ci il təvəllüdlü Canpolad Süleymanov evinin tavanından özünü iplə asıb. Bu zaman onun həyat yoldaşı digər otaqda olub. Yataq otağına keçən qadın Samirə Süleymanov ərini asılmış vəziyyətdə görüb. O, yoldaşını ipdən çıxararaq intiharın qarşısını alıb. Xəstəxanaya yerləşədirilən C.Süleymanovun həyatını xilas etmək mümkün olub.
Araşdırma aparılır.
7news.Az








