RU
Özünü bulvarda dənizə atdı
15:50
1165

Özünü bulvarda dənizə atdı

Bu gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə) intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

7news.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:55-də başa çatıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ