Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
7news.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Vaqif Əsədov özünü yaşadığı evdə asaraq öldürüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
7news.Az







