RU
Özünü güllələdi - Lənkəranda
23:15
396

Özünü güllələdi - Lənkəranda

Lənkəran rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

7news.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şağlakücə kəndində baş verib. 
Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Şərifov Ramal Cəbrayıl oğlu pnevmatik tüfənglə ehtiyatsız davranış nəticəsində döş qəfəsindən yaralanıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, müayinə zamanı döş qəfəsinin sol yarısında altıncı-yeddinci qabırğaların arasında içəri nüfuz edən qırma aşkar edilib və R.Şərifov əməliyat olunub.

Faktla bağlı araşdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ