Xaçmaz rayonunda 32 yaşlı kişi intihar edib.
7News.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Yataqoba kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Habil Əzizağa oğlu Əliyev özünü qardaşının yeni tikdirdiyi evinin həyətindəki şaftalı ağacından asıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
7News.Az








