Reklam çəkilişi zamanı onurğası zədələnən model xəsarət aldığı anın görüntülərini sosial şəbəkədə paylaşıb.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, model Maura Bellagamba özünü hündür ağaclara birləşdirilmiş iri sapanda bərkidib, sonra da ciplə dartdırıb. Lakin aparıcının hazırlıqsız anında ip cipin arxasından açılır və o, yüksək sürətlə sağa sola hərəkət edir.
Bu vəziyyətlə qarşılaşan hadisə şahidləri gülüşlərinə hakim ola bilməyiblər. Lakin modelin xəsarət alacağını düşünməyiblər.
Görüntüləri sosial şəbəkədə paylaşan model Instagram hesabında yazıb:
"Reklam çəkilişi üçün test edirdik. Amma mənim hazırlıqsız anımda ip açıldı. Çox qorxmuşdum, elə bildim öləcəm. Məni sevgilim xilas etdi".
Çəkilişi təşkil edən "Action Films" şirkəti açıqlama zamanı məsuliyyəti boynundan atmağa çalışıb. İddialara görə, Mauranın bütün xərclərini reklam şirkəti ödəyib.
Hadisə 2017-ci ilin iyulunda baş versə də, Maura görüntüləri yaxın günlərdə paylaşıb.
Qeyd edək ki, Maura Bellagamda Çilili model və gimnastdır.
7News.Az











