Bu gün səhərə yaxın (saat 3-4 radələrində) Neftçala rayonunda intihar hadisəsi baş verib.
7News.az-in əldə etdiyi məlumata görə, rayonun Xıllı qəsəbəsinin sakini, 50 yaşlı Məmmədov Cəbrayıl Əliheydər oğlu özünü həyətindəki çardaqdan ilgəklə asaraq intihar edib.
Yaxınlarının bildirdiyinə görə, Cəbrayıl Məmmədov son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkirmiş.
İntihar hadisəsi ilə bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb./virtualaz.org
7News.az








