Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana səfəri zamanı ölkəmizdə yaşayan gürcü diasporunun nümayəndələri, tələbələr və iş adamları ilə görüşüb.
Gürcüstan prezidenti bununla bağlı "Facebook” hesabında məlumat verib.
Gürcüstanın Bakıdakı səfirliyində baş tutan görüşdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze də iştirak edib.
"Mənə diaspor nümayəndələri ilə görüşmək hər zaman xoş olub. Bakıda yaşayan gürcülərə və bizim tələbələrimizə isti qəbula görə təşəkkür edirəm. Bu gün daha vacib və emosional gündür - mən Qaxda yaşayan gürcülərlə görüşəcəyəm”, - o yazıb.








