DİN və Binəqədi rayonu birgə tədbir keçirdi

DİN və Binəqədi rayonu birgə tədbir keçirdi

5 Dekabr 2017- ci il tarixində Daxili İşlər Nazirliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini,Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Aygün Əliyeva açaraq son illərdə Binəqədi rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə danışdı. Natiq çıxışında bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd etdi.Daha sonra söz Daxili İşlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərova verildi.Əkbər Əkbərov Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları, onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu haqqında geniş məruzə ilə çıxış etdi. Binəqədi Rayon Polis İdarəsinin rəisi müavini, polis polkovnik-leytenantı Oqtay Süleymanlı öz çıxışında tədbir iştirakçılarına Dini radikalizmin zərərli təsirləri haqqında məlumat verdi. Həkim Narkoloq Bəhram Əhmədov Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə "Narkotiklər haqqında nə bilirik mövzusunda iştirakçılara narkotikin törətdiyi silinməz fəsadlar haqqında məlumat verdi. Binəqədi rayon Qeydiyyat Şöbəsinin müdiriTahirə Əsgərova isə Yetkinlik yaşına çatmayan qızların erkən nigahlara cəlb edilməsinin qarşısının alınmasına dair görülən işlərdən danışaraq son illərdə Binəqədidə bu yöndə statistik azalmanın olduğunu bildirdi.

Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hazırladığı videoçarx nümayiş etdirildi.

 

 

Xəbər lenti