RU
10 avtomobilin toqquşması zəncirvari qəzaya səbəb oldu
13:00
26

10 avtomobilin toqquşması zəncirvari qəzaya səbəb oldu

Türkiyənin Sivas bölgəsində iki avtomobilin toqquşduğu qəzaya arxadan gələn 8 başqa avtomobil də qoşulub. 

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Sivas-Ankara avtomobil yolunun Sivasspor obyektlərinin yaxınlığında baş verib. 

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, 10 avtomobilə ziyan dəyib. 

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
 
Hadisə ilə əlaqədar araşdırma başladılıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ