Siyəzəndə 10 yaşlı uşağı avtomobil vurub.
Hadisə Yenikənd ərazisində qeydə alınıb.
Belə ki, yolu keçən 2007-ci il təvəllüdlü Əliyeva Leyla Ceyhun qızını maşın vurub. Nəticədə o, ağır xəsarət alıb.
Yaralı Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır./report
7news.Az








