Bakıda 10 yaşlı oğlan bir müddət öncə oğurluq etdiyi üçün saxlanılıb.
Hadisə Binəqədi rayonunda baş verib.
Rayon sakini Çiçək Qafarova aprelin 16-da müvafiq polis bölməsinə müraciət edərək həyətindən velosiped oğurlandığını bildirib.
Aparılan araşdırmalarla hadisəni Bakı şəhər sakini, 2006-ci il təvəllüdlü Şirin İlhamovun (şərti) etməsi müəyyən edilib. On yaşlı şübhəli saxlanılıb və polis bölməsinə izahatı alınıb. Bundan sonra Ş.İlhamov sərbəst buraxılıb.
***
Daha bir oxşar hadisə Suraxanı rayonunda baş verib. Rayon sakini Gülşən Nəcəfovanın həyətindən velosiped oğurlayan 2005-ci il təvəllüdlü Cəfər İlqarov (şərti) saxlanılıb. Polis bölməsində izahatı alındıqdan sonra o da sərbəst buraxılıb./qafqazinfo
7News.Az








