RU
10 yaşlı uşaq qandallanaraq məhkəməyə çıxarıldı
18:00
602

10 yaşlı uşaq qandallanaraq məhkəməyə çıxarıldı

ABŞ-ın Wisconsin əyalətində 6 aylıq uşağı öldürdüyü iddia olunan 10 yaşlı qız məhkəmə zalına qolları qandallanaraq gətirilib.

7News.Az aznews.az-a istinadla xəbər verir ki, ABŞ-ın Wisconsin əyalətində yerləşən bağçaların birində 6 aylıq uşağın başını daş ilə əzərək öldürdüyü iddia olunan 10 yaşlı qız qandallanaraq hakim qarşısına çıxarılıb. Qız verdiyi ifadədə "Uşağı qucağıma almışdım. Sonra əlimdən yerə düşdü, başı masaya dəydi" deyib.

Hakim məhkəməni 11 dekabra saxlayıb.

Qeyd edək ki, 10 yaşlı qızın valideynləri ondan imtina edib. Məhkəmə zalında isə onlar qızlarının yanında olub.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ