Türkiyənin Antalya şəhərinin Qazipaşa qəsəbəsində 102 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
7News.Az DHA-ya istinadən xəbər verir ki, evinin balkonunda divanda oturan Hürü Tuncer müvazinətini itirərək yerə yıxılıb.
Başı betona dəyən qadın yerindəcə keçinib.
Məlumata görə, H.Tuncer hadisə vaxtı evdə tək olub. Onun cansız bədənini yaxınları balkonda tapıblar.
7News.Az








