RU
13 il sonra ana oldu - FOTO
19:30
685

13 il sonra ana oldu - FOTO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 32 yaşlı qadın 13 il ərzində iki dəfə problemli hamiləlikdən sonra ana olub.

Qadının hər iki hamiləliyi ölü doğuşla nəticələnib.

Tibb elmləri namizədi, dosent, mama-ginekoloq Natəvan Axundovanın sözlərinə görə, 32 yaşlı xanım fəsadlaşmış mamalıq anamnezi ilə ona müraciət edib:

"Qadın 13 ildir ailəlidir, övladı yoxdur. 2006 və 2008-ci illərdə 2 problemli hamiləliyi olub. İlk hamiləlik 28 həftəsində, II hamiləlik 29-30 həftəlikdə ölü döllə doğuşla nəticələnib. Hər iki hamiləlikdə dölün hidropsu (dölün bədəninə maye toplanması) və hamiləliyin ağır patologiyalarından biri olan preeklampsiya (arterial təzyiq 180/110 mm.c.süt, sidikdə zülal) baş verib”.

Qadının üçüncü hamiləliyi N.Axundovanın nəzarəti ilə keçib. Qadın yanvarın 9-da uşaq dünyaya gətirib:

Uşağın çəkisi 2800,50 qram,boyu 50 sm-dir. Ana və uşaq kafi vəziyyətdə evə yazılıblar. Uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.Əməliyyatı Arzu İsmayılova icra edib./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ