RU
“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahan mərhələsi yekunlaşıb
17:07
30

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahan mərhələsi yekunlaşıb

  

Azərbaycan Respublikasının Gənclər Fondu və "Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən və gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafına yönələn "İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramına qeydiyyat müddətində ümumilikdə 1851 nəfər gənc müraciət edib. İlkin seçim mərhələsinin nəticələrinə əsasən 200 gənc namizəd imtahan mərhələsində iştirak etmək şansı qazanıb. 
23-24 aprel tarixlərində mərhələli şəkildə keçirilən imtahan prosesində iştirak edən namizədlər məntiqi düşüncə, informasiya texnologiyalarının əsasları, süni intellekt savadlılığı və bu sahədə etik davranış qaydaları üzrə təqdim olunan test tapşırıqlarını cavablandırıblar.
İmtahanda yüksək nəticə göstərən iştirakçılar isə növbəti seçim mərhələsi olan müsahibəyə dəvət olunacaqlar. Müsahibə prosesi çərçivəsində namizədlərin analitik düşünmə qabiliyyəti, problem həll etmə bacarıqları və motivasiyası hərtərəfli şəkildə qiymətləndiriləcək.
Xatırladaq ki, proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt əsaslı texnologiyalar, data analitika və rəqəmsal qərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsal məhsul və platforma bacarıqları, texnologiya əsaslı innovasiya və startap bacarıqları üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər. Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə vermək məqsədi daşıyır. 
 





 

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ