Nigeriyada Ebola həyəcanı: Virusun ilk yoluxma halı aşkarlandı
7News.az xəbər verir ki, Nigeriya hökuməti paytaxt Abucanın yerləşdiyi Federal Paytaxt Ərazisində (FCT) Ebola virusuna ilk yoluxma halının aşkarlandığını bildirib. Nigeriya Səhiyyə Nazirliyi xəstənin hazırda təcrid olunduğunu və müalicə aldığını açıqlayıb. Nazirlik həmçinin xəstə ilə təmasda olan şəxslərin müəyyən edilməsi istiqamətində işlərə başlanıldığını və indiyədək xəstə ilə təmasda olmuş 44 nəfərin aşkarlandığını bildirib.