Zəhərli dəniz ilanları sahilə çıxdı: Əhali təşviş içindədir
7News.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında sahilə zəhərli dəniz ilanlarının çıxması təşvişə səbəb olub. Tropik sularda yaşayan və güclü zəhəri ilə tanınan sarıqarın dəniz ilanlarının ortaya çıxması ciddi diqqət çəkib. Mütəxəssislər okean temperaturları və cərəyanların bu dəniz canlılarının hərəkət istiqamətini dəyişdirən amillər olduğunu qeyd edirlər.