Böyük Britaniyada qotur xəbərdarlığı: Daha bir xəstəxana şöbəsi ziyarətçilər üçün bağlandı
7News.az xəbər verir ki, Böyük Britaniyada qotur hallarının artması ilə əlaqədar səhiyyə xəbərdarlığı elan edilib. Uelsdəki "Prince Philip" xəstəxanasında yeni halların aşkar edilməsindən sonra, "Bryngolau" şöbəsinə ziyarətçilərin girişi məhdudlaşdırılıb. Səhiyyə rəsmiləri infeksiyanın yayılmasının qarşısını almaq üçün əlavə tədbirlərin görüldüyünü və vəziyyətin ciddi nəzarət altında saxlanıldığını bildiriblər.