RU
15 yaşlı qız doğduğu uşağı görün hara atdı - DƏHŞƏTLİ VİDEO
12:18
1380

15 yaşlı qız doğduğu uşağı görün hara atdı - DƏHŞƏTLİ VİDEO

Yeni dünyaya gətirdiyi övladını polietilen paketə qoyaraq zibil qutusuna atan 15 yaşlı qızın görüntüləri Çindəki sosial şəbəkələrdə şok effekti yaradıb.

7News.az bildirir ki, olay Çinin cənub-şərqindəki Şençjen vilayətində yaşanıb.

15 yaşlı qız yeni doğduğu uşağını ayaqqabı qutusuna qoyaraq liftə aparıb. Daha sonra liftə çanta və bavulla girən qız birinci mərtəbədə düşüb. O, binadan çıxanda ayaqqabı qutusunu polietilen paketə qoyub, zibil yeşiyinə atıb.

Baoan səmtindəki Lyutan rayonunda küçəni süpürən kişi xoş təsadüf nəticəsinöə körpəni zibil qutusunda aşkarlayıb və polis çağırıb.

Çəkisi vur-tut 2,65 kq olan uşaq xəstəxanaya aparılıb. Onun bədən temperaturunun normadan aşağı olduğu deyilir.//big

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ