Krasnodarda (Rusiya) iki 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlərə yol verən 45 yaşlı şəxs tutulub.
Bununla bağlı məlumat vilayətin polis idarəsinin saytında yerləşdirilib. İstintaqın versiyasına görə, qızları küçədə görən şəxs onları yaxınlıqda olan uşaq bağçasının yanına getməyi tələb edib. Onlara qarşı iyrənc hərəkətlərə yol verərək qaçıb gizlənib. Evdə qızlar valideynlərinə bu barədə məlumat veriblər. Həmin şəxsə qarşı iki maddə üzrə cinayət işi qaldırılıb.








