RU
15 yaşlı yeniyetmə üzə bilmədiyi üçün boğulub öldü - Video
22:00
1049

15 yaşlı yeniyetmə üzə bilmədiyi üçün boğulub öldü - Video

Bu gün günorta saatlarında Salyan şəhərində el arasında “Bala Kür“ deyilən Akkuşa çayında 15 yaşlı oğlan batıb.

7news.Az Virtualaz.org-a istinadən məlumatına görə, 2001-ci ildə anadan olmuş Alxas Sadıq oğlu Mirməmmədov çayın qadağan olunmuş təhlükəli və dərin hissəsində çimərkən üzməyi bacarmadığı üçün boğulub.

FHN-in dalğıç-xilasediciləri tərəfindən uşağın cəsədinin tapılaraq sudan çıxarılması istiqamətində axtarışlar aparılır. Hadisə yerinə sakinlərlə yanaşı Salyan RİH-in başçısı Sevindik Hətəmov başda olmaqla yerli dövlət orqanlarının rəhbərləri də gəlib.

7news.Az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ