Kanadada vəziyyət ağır olaraq qalır.
7News.Az bildirir ki, Alberta əyalətində bir neçə gündür davam edən yanğını nəzarətə götürmək hələ də mümkün olmayıb. Alovun yayıldığı 200 min hektarlıq ərazidə hər şey yanaraq külə dönüb. Kanada rəsmiləri yanğının nəzarətə götürülməsi üçün 500 yanğınsöndürən maşın və 30 helikopterdən istifadə etsə də, hələki ciddi nəticə əldə etmək mümkün olmayıb.
Bu arada Kanada rəsmiləri insanların təhlükəli ərazilərdən köçürülməsi prosesini davam etdirir. Ən son məlumatlara görə, artıq 150 minə qədər sakin daha təhlükəsiz yerlərə aparılıb. Onu da bildirək ki, görülən bütün tədbirlərə baxmayaraq, alov sürətlə Albertadakı neft mədənlərinə doğru yayılır. Əgər yanğının qarşısı alınmasa, onda daha böyük fəlakətdən qaçmaq mümkün olmayacaq.








