Ukraynanin paytaxtı Kiyev yaxınlığında yerləşən Litoçk kəndində baş vermiş yanğın faciəylə nəticələnib.
7News.az bildirir ki, ikimərtəbəli binanın naməlum səbəblərdən alışması nəticəsində mənzillərdəki 17 nəfər yanaraq həlak olub. Hadisə zamanı yalnız 5 nəfər xilas ola bilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Ukrayna polisinin bildirdiyinə görə, hadisə baş verən binada qanunsuz işlər görülüb. Lakin yanğının hansı səbəbdən baş verdiyi hələki dəqiq məlum deyil. Hazırda təhlükəsizlik əməkdaşları ərazidə operativ-istintaq tədbirləri həyata keçirirlər. Ehtimal olunur ki, hadisə bilərəkdən törədilib. Yanğının gecə saat 4-də, hamının yatdığı bir vaxtda baş verməsi belə düşünməyə əsas verir.
Xəyalə Məmmədova








