18 yaşlı qız rəfiqəsinə bu mesajı göndərib intihar etdi - FOTO
Universitet tələbəsi rəfiqəsinə qəbiristanlıq şəkli göndərərək intihar edib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burdurda universitet tələbəsi olan 18 yaşlı Başak.A qaldığı yataqxanada otaq yoldaşına məzarlıq şəkli və "İntihar edirəm" mesajı göndərərək özünü asıb.
Qızı ilə əlaqə qura bilməyən ana yataqxana rəhbəri Ö.G ilə əlaqə saxlaraq ondan kömək istəyib. Ö.G otağa girən zaman onun otaq yoldaşı Başakdan məzarlıq şəkli gəldiyini bildirib. Ö.G dərhal Bala məzarlığına gedib. Məzarlıqda Başağın asılı cəsədini tapan Ö.G polisə və təcili tibbi yardıma müraciət edib.
18 yaşlı qızın cəsədi ekpertiza üçün xəstəxananın morquna qaldırılıb.
İddiaya görə, Başak bir müddətdir ki, kimliyi bilinməyən şəxslə danışırmış.