RU
189 nəfəri öldürən təyyarənin qəzaya UĞRAMA ANI: təkbir, şəhadət... - DƏHŞƏTLİ VİDEO
16:55
608

189 nəfəri öldürən təyyarənin qəzaya UĞRAMA ANI: təkbir, şəhadət... - DƏHŞƏTLİ VİDEO

Bu gün səhər saatlarında İndoneziyanın Yava adasının qərb sahilində qəzaya uğrayan təyyarənin son görüntüləri yayılıb.

Təyyarənin göyərtəsində çəkilən görüntülərdə sərnişinlər təkbir və şəhadət gətirərək qorxu ilə qışqırdığı eşidilir.

Yutuba yüklənən görünütülər tezliklə silinib. Qandonduran görüntüləri buradan izləyə bilərsiniz.

 

Qeyd edək ki, İndoneziyada "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi bu gün səhər saatlarında qəzaya uğrayıb. İndoneziyanın "Detik.com" xəbərlər portalının ölkənin Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, təyyarənin içində qəza dəqiqəsində 189 nəfər olub. Onlardan 3-ü uşaq olmaqla, 181-i sərnişindir. Digərləri isə 2 pilot və 6 bort əməkdaşıdır. Onların hamısı həlak olub.

7News.Az

 

 

 

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ