ABŞ-ın Minnesota ştatında əsl möcüzə baş verib.
7News.az xəbər verir ki, 19 yaşlı Cin Hiliard dostu ilə görüşə gedib. Yolda maşını xarab olan qız təyin olunmuş yerə piyada getməyə başlayıb. Cin yorulduğu üçün görüş yerinə 5 metr məsafədə yıxılıb.
Dostu onun "ruh kimi" ağarmış bədənini səhər aşkarlayıb. O, Hiliardı dərhal yaxınlıqdakı xəstəxanaya çatdırıb. Həkimlər müəyyən ediblər ki, onun ürəyi zəif də olsa döyünür. Lakin qızın bədəni o qədər donub ki, ona iynə vurmaq mümkün olmayıb. Onlar xəstəni, sadəcə, termoədyalla bürüyüblər.
12 saatdan sonra qız özünə gəlib. Elə həmin gün Cin əl və ayağını tərpədə bilib. 2 gündən sonra isə o, xəstəxanadan evə buraxılıb.//xezerxeber
7News.az










