İndoneziyalı Arya Permana 11 yaşında 190 kiloqram çəki ilə rekord qıraraq dünyanın ən ağır uşağı adını "qazanıb".
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, uşaq uzun müddət arıqlamağa çalışıb və hazırda yaşıdlarından, demək olar, fərqlənmir.
Adi ailədə doğulsa da, artıq çəki onu xoşbəxt uşaqlıqdan məhrum edib. Arya hətta geyim seçimində çətinlik çəkib, çəkisinə görə heç məktəbə də gedə biməyib.
Yalnız qida rasionunu düzəldib idmanla məşğul olandan sonra oğlan həyatını dəyişə bilib.















