Kərgədanların qəfəsinə düşən azyaşlı helikopterlə xəstəxanaya çatdırılıb.
ABŞ-ın Florida ştatının Melburn şəhərində azyaşlı heyvanxada kərgədanların olduğu qəfəsə düşüb.
Brevard Zoo-da heyvanlara əllə toxunan azyaşlı qız barmaqlıqların arasından qəfəsə düşüb. Qızın anası da onu xilas etmək istəyərkən xəsarət alıb.
Təcili helikopterlə "Arnold Palmer Hospital"a çatdırılan qız müayinə olunub. Atasının dediyinə görə, hazırda iki yaşlı qızın vəziyyəti normaldır.
7News.Az










