Rusiyada 2 yaşlı uşağın mədəsindən 209 maqnit topu çıxarılıb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Moskvada 2 yaşlı uşaq ailəsinin xəbəri olmadan 209 maqnit topu udub.
Uşağın nəcisinin qara olduğunu görən valideynləri onu xəstəxanaya aparıblar.
Rentgen edildikdən sonra uşağın mədəsində rəngli maqnit topların olduğu müəyyən edilib.
Əməliyyat edilən uşağın bağırsağından 209 maqnit topu çıxarılıb.
Uşağın maqnit topları 2 ay öncə uduğu müəyyən olunub.
Həkimlər hazırda uşağın səhhətinin yaxşı olduğunu bildirib.


7News.Az








