Dünyanın ən təhlükəli ölkələrindən biri hesab edən Meksikada yaşanan qətliam ölkəni ayağa qaldırıb.
Kartel üzvləri rəqib qruplaşmadan bəzi şəxsləri sorğual-sual etdikdən sonra odlu silahla edam edib.
Ümumilikdə La Bandera birliyinin 20 üzvünün öldürüldüyü hadisədən sonra meyitlərdən 4-ü dövlət qurumlarının qapısının önünə atılıb.
Meksikalı kartel Los Tlakosun gerçəkləşdirdiyi toplu edam bütün dünyada gündəm olub.
Los Tlakos qruplaşmasının üzvləri bildirib ki, öldürülənlər xalqa qarşı soyğunçuluq edənlər, məsum insanları və qadınları öldürənlər, terrorçuluq fəaliyyəti ilə məşğul olanlardır.
Qeyd edək ki, iyun ayında Meksikanın şimalıda qruplaşmalar arasında çıxan qarşıdurmada 18 nəfər öldürülmüşdü.

7NEWS.Az








