RU
Lənkəranda ağır qəza
17:50
1181

Lənkəranda ağır qəza

Lənkəran rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

7news.Az Anspress-ə istinadən xəbər verir ki, Rayonun Vel kəndi ərazisində sürücüsü istintaqla hələlik müəyyən edilməyən "Hyundai Sonata" markalı avtomobil motosikleti vurub. Hadisə nəticəsində motosikletdə olan 3 nəfər ağır bədən xəsarətləri alaraq dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Qəzada xəsarət alanlar:

1997-ci il təvəllüdlü Zahid Zahidov

1981-ci il təvəllüdlü Teymur Əliyev

Təhmasib Məmmədov

Yaralılardan bir nəfərin vəziyyəti ağırdır.

Faktla bağlı Lənkəran rayon Polis idarəsində araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ