Amerika Birləşmiş Ştatlarının (ABŞ) Havayi şəhərində təyyarə qəzası baş verib.
7News.Az Türkiyə mediasına istinadən bildirir ki, Havayinin “Kauai” adasından havaya qalxandan kiçik təyyarə qısa müddət sonra yerə çırpılıb.
Hadisə nəticəsində yanan təyyarənin pilotu və təyyarədəki 4 nəfər həyatını itirib.
Qazanın səbəbi araşdırılır .








