RU
Türkiyədə növbəti terror
09:54
1410

Türkiyədə növbəti terror

Türkiyənin Diyarbəkir vilayətində növbəti terror aktı törədilib.

7News.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. 

Diyarbəkir vilayətinin Sur ilçəsində sakinləri təhdid etdikdən sonra qaçan PKK-lılar təqib edildiklərini anlayınca, hərəkət etdikləri maşını partladıblar. Nəticədə onları təqib edən sakinlərdən 4-ü ölüb, 20-si isə yaralanıb. 

Qeyd edək ki, son aylar Diyarbəkirdə PKK əleyhinə bir neçə əməliyyat keçirilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ