RU
Monitorinq insidentsiz başa çatıb
15:53
481

Monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfdən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq aparıblar.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ