Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.
Ərdoğan İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyini əminliklə qeyd ediblər.
7news.Az








