Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə 7news.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin qiyməti bir barel üçün 3% artaraq 55,24 dollar təşkil edib.
Nyu-York birjasında WTI markalı neftin qiyməti 3,21% bahalaşaraq bir barel üçün 52,45 dollara bərabər olub.
Bundan əvvəl, Saudi Aramco neft şirkəti Asiyada müştərilərə fevral ayında xammalın ixracının azaldılacağı barədə xəbərdarlıq etmişdir.
7news.Az








