RU
Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  Respublika Elmi Konfransı keçirildi
09:55
708

Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı keçirildi

Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Qlobal tendensiyalar və müasir Azərbaycan” mövzusunda Respublika Elmi konfransı keçirilib.  

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra giriş sözülə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev qeyd edib ki, indi dünyanın müxtəlif regionlarında müşahidə edilən ixtilaflar "siyasi lider” anlayışını daha da aktuallaşdırıb. Mütəxəssislər qlobal miqyasda geosiyasi nizamın pozulduğunu vurğulayırlar. Dünya xaosa doğru sürüklənir. Böhran getdikcə daha geniş məkanı əhatə edir. Böyük dövlətlər arasında gərgin mübarizə şiddətlənir, təhlükəli istiqamət alır. Belə bir şəraitdə dünyanın böyük iradə sahibi, diplomatik ustalıq bacarığı və qətiyyətli qərarlar qəbul edən liderə ehtiyacı daha aydın hiss olunur. Həmin kontekstdə ulu öndər Heydər Əliyev yada düşür. Bu dahi şəxsiyyətin hər anım günü, şübhəsiz, Azərbaycan xalqı üçün əzizdir. Eyni zamanda, dünya üçün də onun siyasi təcrübəsinin çox yararlı olacağına tam əminlik vardır. Heydər Əliyev irsini araşdırmaq və onun həyat fəaliyyətinə təkrar-təkrar nəzər salmaq bir zərurətdir. Bundan yalnız Azərbaycan deyil, bütün dünya faydalana bilər.
Sonra konfransın plenar iclasında məruzələr dinlənilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent İlham İsmayılov "Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur”; Mingəçevir Dövlət Universitetinin "Pedaqogika və psixologiya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ”Əməkdar müəllim” Sahib Məmmədov "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: Azərbaycan təhsili yeni inkişaf mərhələsində”; Mingəçevir Dövlət Universitetinin "Humanitar fənlər” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova "Azərbaycanda dil siyasəti qlobal tendensiyalar kontekstində”; Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Bakı Dövlət Universitetinin dissertantı Kamal Əhmədov "Azərbaycan gəncliyi müstəqillik illərində” mövzularında çıxış etmişlər. 
Sonda rektor A.Hacıyev konfransın plenar iclasının başa çatdığını qeyd etdi və konfransın proqramına uyğun olaraq, iki gün ərzində "İqtisadiyyat və idarəetmə”; "Texnika və ekologiya” və "Humanitar” bölmələr üzrə iclasların keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş respublika elmi konfransı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05.04.2018-ci il tarixli F-236 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2018-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı” əsasında keçirilmişdir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ