RU
Bayram namazının vaxtı açıqlandı
17:28
1193

Bayram namazının vaxtı açıqlandı

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

7news.Az xəbər verir ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 15-i, saat 09:00-da ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazını saat 09:00-da "Təzə Pir” məscidində qılacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ