RU
Vilayət Eyvazovdan yeni təyinat
11:56
263

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. 

7News.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinin rəisi təyin edilib.

O, bundan öncə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Kəpəz (Gəncə) RPİ-ə isə rəis vəzifəsinə hələlik təyinat olmayıb. 
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ