RU
“Taliban” bir həftə ərzində yeni hökumətin heyətini elan edəcək
10:00
949

“Taliban” bir həftə ərzində yeni hökumətin heyətini elan edəcək

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatı bir həftə ərzində hökumətin yeni heyətini elan edəcək.

7NEWS.Az-ın "Reuters"ə istinadən məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi bildirib.

"Taliblər” artıq Əfqanıstanın 34 əyalətindən 33-ə qubernatorları və polis rəislərini təyin ediblər. Hərəkatın nümayəndəsi yeni hökumətin heyətində qadın üzvün təmsil olunub-olunmayacağı barədə suala cavabında bildirib ki, bu barədə qərar hərəkatın rəhbərləri tərəfindən qəbul ediləcək.

"Taliban" hərəkatının nümayəndəsi Zabihulla Mücahid avqustun 22-də bildirib ki, tezliklə Əfqanıstanın yeni hökuməti elan edilə bilər.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ