RU
Consonda Putinə xəbərdarlıq
23:45
1052

Consonda Putinə xəbərdarlıq

Böyük Britaniyanın baş naziri Boris Consonla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

7NEWS.Az-ın məlumatına görə, baş nazir Ukrayna ilə sərhəddə rus qoşunlarının toplanması ilə bağlı Böyük Britaniyanın dərin narahatlığını ifadə edib və gərginliyin azaldılması, münaqişənin həlli üçün diplomatik kanallar vasitəsilə çalışmanın vacibliyini bir daha təsdiqləyib.

Conson Böyük Britaniyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb, hər hansı aqressiv hərəkətlərin ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Bundan əlavə, Rusiya və Böyük Britaniya liderləri iqlim dəyişikliyi ilə mübarizə və meşələrin qorunması ətrafında fikir mübadiləsi aparıb, bu sahədə öhdəliklərin yerinə yetirilməsi üçün Böyük Britaniya-Rusiya əməkdaşlığının kritik əhəmiyyətini qeyd edibər.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ