RU
Almaniyanın yeni kansleri Rusiyanı hədələdi
23:10
978

Almaniyanın yeni kansleri Rusiyanı hədələdi

Almaniya kansleri Olaf Şolts parlamentdəki ilk çıxışında Rusiya ilə Ukrayna arasındakı gərginliyə toxunub.

Şolts Rusiyaya xəbərdarlıq edərək, Ukraynanı işğal edəcəyi təqdirdə bunun əvəzini ödəyəcəyini bildirib:

"Biz bu günlərdə Rusiya-Ukrayna sərhədindəki təhlükəsizlik vəziyyətinə böyük narahatlıqla baxırıq. Ərazi bütövlüyünün hər hansı formada pozulması baha başa gələcək".

Almaniyanın Rusiya ilə konstruktiv dialoqa hazır olduğunu vurğulayan kansler söyləyib ki, Avropanın uğuru onların ən mühüm milli qayğısıdır./olke

 


7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ