Almaniya kansleri Olaf Şolts parlamentdəki ilk çıxışında Rusiya ilə Ukrayna arasındakı gərginliyə toxunub.
Şolts Rusiyaya xəbərdarlıq edərək, Ukraynanı işğal edəcəyi təqdirdə bunun əvəzini ödəyəcəyini bildirib:
"Biz bu günlərdə Rusiya-Ukrayna sərhədindəki təhlükəsizlik vəziyyətinə böyük narahatlıqla baxırıq. Ərazi bütövlüyünün hər hansı formada pozulması baha başa gələcək".
Almaniyanın Rusiya ilə konstruktiv dialoqa hazır olduğunu vurğulayan kansler söyləyib ki, Avropanın uğuru onların ən mühüm milli qayğısıdır./olke
7NEWS.Az








