Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
7NEWS.Az-ın xəbərinə görə, 2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.
2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.
2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.
7NEWS.Az








