RU
Daha bir məktəb əyani tədrisə qayıtdı
14:10
358

Daha bir məktəb əyani tədrisə qayıtdı

Bakıda 36 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

 

Bu barədə 7News.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ