Böhranlarla keçən 2022-ci ildə dünyada milyarderlərin ümumilikdə 2 trilyon dollar itirdiyi hesablanıb. Bu itkilərdə ən böyük pay varlı amerikalılara məxsusdur.
7NEWS.az xəbər verir ki, "Forbes” jurnalı ABŞ milyarderlərinin ötən ilki itkilərinin balansını dərc edib. Müvafiq olaraq, son 2 ildə ümumi sərvətlərinə trilyonlar əlavə edən milyarderlər 2022-ci ildə ümumilikdə təxminən 2 trilyon dollar itiriblər.
Hesablamalara görə, bunda ən böyük pay ABŞ milyarderlərinə məxsusdur; Artan faiz dərəcələri, artan inflyasiya və pisləşən iqtisadiyyat səbəbiylə texnologiya səhmlərinin qiymətlərinin azalması ABŞ-ın ən zənginlərinə ümumilikdə 660 milyard dollara başa gəlib.
Bununla belə, "Tesla” və "Twitter"in baş direktoru Elon Musk nə qədər itki yaşadı. Forbes hesablayıb ki, Maskın sərvəti keçən il təxminən 115 milyard dollar azalıb və Teslanın səhm qiyməti il ərzində təxminən 70 faiz itirib.
7NEWS.az








