RU
“Omicron” bu ölkədə dominant ştama çevrildi
22:30
596

“Omicron” bu ölkədə dominant ştama çevrildi

Koronavirusun "omicron” ştamı 2021-ci ilin sonuncu həftəsindən Norveçdə dominant ştama çevrilib.

7NEWS.Az xəbər verir ki, bu barədə Norveç Səhiyyə İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin sonuncu həftəsində koronavirusa yoluxmaların 65,4%-ni "omicron” ştamı təşkil edib.

Qeyd edək ki, noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan hərfi "omicron”la adlandırıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ